Nəzarətsiz ərazidə baş verən facə: 40 nəfərin meyiti tapıldı, 19 yaşlı Zeynəbdən isə hələ də iz var-yoxdur
Mərdəkanda dənizdə itkin düşən Bakı Dövlət Universitetinin 19 yaşlı tələbəsi Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.
Minval.info xəbər verir ki, iyulun 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində baş verən hadisədə 4 nəfər batmışdı. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal əraziyə cəlb olunmuş, nəticədə iki nəfər xilas edilmiş, bir nəfərin isə cəsədi sudan çıxarılmışdı.
Lakin 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları hələ də nəticə verməyib. Fövqəladə Hallar Nazirliyi iyulun 24-də verdiyi açıqlamada axtarışların davam etdiyini bildirmişdi.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qeyd edək ki, bu ilin yay aylarında nəzarətsiz ərazilərdə suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı