“Mən olsaydım, penalti verməzdim” – Anar Salmanov

“Mən olsaydım, birinci epizodda penalti təyin etməzdim. “Davam” işarəsi verərdim. Çünki Rəşad həmin anda qısa tutmadan istifadə etdi”.
Bu sözləri Qol.az-a açıqlamasında FİFA dərəcəli keçmiş hakim Anar Salmanov deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ” – “Çelsi” oyununda qalmaqallı qərarları ilə gündəmə gələn Manuel de Souzanın idarəçiliyinə münasibət bildirən Salmanov referinin kobud səhvlərə yol verdiyini söyləyib:
“Görünür, hakim epizodu tutmaq-dartmaq kimi qiymətləndirdi. Qaydalarda da var ki, qoldan tutmaq-dartmaq varsa və bu rəqibi qoldan məhrum edirsə, penalti və qırmızı vərəqədir. Çünki bu, bilərəkdən rəqibə qarşı edilən hərəkət kimi qiymətləndirilir. Ancaq əgər top uğrunda mübarizədə gecikirsən və qaydanı pozursansa, belə olan halda penalti və sarı vərəqədir. Yenə deyirəm, mən şəxsən penalti verməzdim. Oyunu davam etdirərdim. Çünki Rəşadın fikri topa oynamaq idi. O, əlini atan kimi rəqib futbolçu özünü yerə atdı. Ona görə ki, peşəkardır. Hakim isə buna hazır deyildi. Gərək, oyunun ruhuna uyğun hərəkət edərdi”.
A.Salmanovun fikrincə, referinin ikinci penalti qərarı isə biabırçılıqdır: “İkili mübarizədə Qara “Çelsi”nin futbolçusunu tutur, rəqib topa doğru gedir. Hakim isə oyunu saxlayıb 11 metrlik nöqtəni göstərir. Həmin epizodda portuqaliyalı referi kobud səhvə yol verdi”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo karantinə alındı
Ronald Kuman 2 ulduz futbolçunu "Barselona"dan kənarlaşdırdı
"Sportinq" "Qarabağ"la matçda 3000 bilet satışından məhrum olunub
"Bu kluba loqoya görə yox, futbol üçün keçdim" - Eriksen
Azərbaycan - Malta görüşünün qolları - Video
"Neftçi" "Qalatasaray"a rəqib oldu
Əkizlər karyeralarını bitirir