Millinin üzvü olan məktəbli qız özünü güllələdi - Azərbaycanda
Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.
ARB-nin xəbərinə görə, cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.
Firəngiz Əzizova eyni zamanda Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, futbol üzrə qızlardan ibarət milli komandaya dəvət alıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq