Məhəmməd Salahın bərpa müddəti uzandı
İngiltərənin “Liverpul” klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında “Real”a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb.
“Report” xəbər verir ki, tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.
Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.
Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.
Qeyd edək ki, bundan öncəki açıqlamada Misirin İdman naziri Xalid Abdel futbolçunun 2 həftəyə sağalacağını bildirmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır