13.04.2018 - 16:30
Vacib
23 baxış
“Lotu Quli”nin adamını öldürənlər tutuldu - Onlardan biri ermənidir
Türkiyədə 59 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadzenin öldürülməsi ilə bağlı 6 şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxslər arasında ruslar, gürcülər və erməni də var. Tibbi müayinədən sonra onlar məhkəmə qarşısına çıxarılıblar.
Qeyd edək ki, Antalya vilayətinin Kəmər rayonunda “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb. Onun yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb. İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi “Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.
“Giya Kutaiski” oğru ənənələrinin ciddi tərəfdarı və öz nəslinin ən parlaq nümayəndələrinin biri kimi “köhnə məktəb”in şagirdi hesab edilirdi. Son zamanlar oğru qruplaşmaları arasında gedən qarşıdurmaların qurbanı olan avtoritetlərdən fərqli olaraq, Zviadadzenin reputasiyasına zərər dəyməyib. Həmçinin onun azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olduğu deyilir. Məlumata görə, yanvarın sonunda “Quli”nin İstanbuldakı iqamətgahında təşkil edilən “sxodka”sını da məhz “Giya Kutaiski” idarə edib. AzVision.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05

