Londondan İstanbula uçuşda sərxoş sərnişin qalmaqal yaratdı
Londondan İstanbula uçan sərnişin təyyarəsində ötən gün ciddi insident baş verib. Hadisə sərxoş sərnişinin aqressiv davranışı ilə yadda qalıb.
Minval.info xəbər verir ki, “AJet” aviaşirkətinin məlumatına görə, sərxoş sərnişin uçuş zamanı ekipaj üzvünü və digər sərnişini dişləyib. Yanında əyləşən qadına da narahatlıq yaradan sərnişin, ekipajın xəbərdarlıqlarına məhəl qoymayaraq, aqressiv davranışını davam etdirib.
Təyyarə İstanbulun Sabiha Gökçen hava limanına enəndən sonra, polis tərəfindən saxlanılan sərnişin, zərərçəkənlərin şikayəti əsasında hüquqi məsuliyyətə cəlb olunub.
“AJet” aviaşirkəti insidentin nəticəsi olaraq sərnişini qara siyahısına daxil edib, gələcək uçuşlara qatılmasına qadağa qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürdəmir rayonunda kütləvi zəhərlənmə səbəbilə restoran bağlandı
Azərbaycan hərbçisi Ermənistanda saxlanıldı
Bakıda tanınmış sənətkarın oğlu hücuma məruz qaldı
Gəncədə 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi
Tərtərdə avtomobil ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
ABŞ-da ölüm cəzası məhkumu Krista Payk xəstəxanaya yerləşdirilib
Zığ şosesində yol məhdudiyyəti aradan qaldırıldı