"Liverpul" 115 milyon funtluq transferlə mövsümə hazırlaşır
“Liverpul” futbol klubu İngiltərə Premyer Liqasında mövqeyini gücləndirmək üçün yeni transfer planları hazırlayır. Klub, “Brentford”un iki əsas oyunçusunu heyətinə qatmaq niyyətindədir.
Minval.info xəbər verir ki, “GOAL”ın məlumatına görə, Mersisayd təmsilçisi sağ cinah müdafiəçisi Maykl Kayode və hücumçu Kevin Şadeni transfer etmək üçün hərəkətə keçib. Bu iki futbolçunun transferi üçün “Liverpul”un ümumilikdə 115 milyon funt-sterlinq xərcləyə biləcəyi gözlənilir.
22 yaşlı Maykl Kayode “Brentford”a “Fiorentina”dan icarə əsasında keçərək, daha sonra İngiltərə klubuna 15 milyon funt-sterlinq qarşılığında transfer olunub. İtaliya millisinin üzvü olan Kayode, sağ cinah müdafiəsindəki oyunları ilə diqqət çəkir. Onunla “Arsenal” və “Tottenhem” də maraqlansa da, “Liverpul”un marağı daha ciddi görünür.
“Liverpul”un digər hədəfi isə 24 yaşlı Kevin Şadedir. Almaniya millisinin üzvü olan Şade, Premyer Liqaya uğurlu başlayaraq ilk beş oyunda üç qol vurub. “Brentford”un Şadeni komandada saxlamaq üçün danışıqlar apardığı, lakin razılıq əldə olunmasa, “Liverpul”un təklif göndərə biləcəyi bildirilir.
“Brentford”un Şade üçün ən azı 60 milyon funt-sterlinq tələb edə biləcəyi, Kayodenin isə müqavilə müddəti səbəbindən 51-55 milyon funt aralığında qiymətləndiriləcəyi gözlənilir. “Liverpul”un bu transferlərlə sağ cinah müdafiəsindəki problemləri həll edə biləcəyi düşünülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finala yüksəlib
Harmanprit Kaur Hindistanın qadın kriket komandası kapitanlığından ayrıldı
Daniil Medvedev Çin Açıq Turnirindən diskvalifikasiya edildi
Arda Gülər "Real Madrid" ilə müqaviləsini uzatdı
Dünya çempionatında Azərbaycan cüdoçuları mübarizəyə başlayır
Dünyanın ən bahalı futbolçuları: İlk onluq açıqlandı
Arda Gülər 100 milyon avroluq ilk türk futbolçu oldu