“Əli və Nino” şəbəkəsi uşaqlar arasında homoseksuallığı təbliğ edir - İDDİA - FOTO
132-134 saylı təhsil kompleksinin 7 və 11-ci sinif şagirdlərinin intim videosu yayıldıqdan sonra bir daha həddi-büluğa çatmamış uşaqların psixoloji vəziyyəti gündəmə gəldi.
Minval.İnfo xəbər verir ki, sosial şəbəkələrdə (Tənqidçi adlı facebook səhifəsində) yayılan, “Əli və Nino” şəbəkəsinin 28 mall ticarət mərkəzindəki mağazasında çəkildiyi iddia edilən foto insanların etirazına səbəb olub.
Belə ki, uşaqlar üçün nəzərdə tutulan oyuncaqların öpüşməyi onların alt şüuruna işləyir və xoşagəlməz hal bir müddət sonra özünü göstərir.
Təəssüf ki, hər şey bununla bitmir, oyuncaqlara daha yaxından baxanda qızla qızın, oğlanla oğlanın öpüşdüyü görünür, bu isə açıq şəkildə homoseksuallığın təbliğidir.
Sözügedən mağazalar şəbəkəsinin daha əvvəl də bu kimi kampaniyaları olub, lakin heç bir məsuliyyətə cəlb edilməyən şəbəkə bundan məharətlə istifadə edir, özünün insanlarda ikrah hiss oyadan fəaliyyətinə davam edir.
Mağaza ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilməyib.
Fərid Özay
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qoşulub qaçan qudalarla bağlı yeni detallar ortaya çıxdı - VİDEO
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Bu rayonlarda da vəzifəli şəxslər saxlanıldı
Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub
Dövlət başçısı: "Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək"
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq