01.10.2026 - 19:54
Kürdəmir rayonunda kütləvi zəhərlənmə səbəbilə restoran bağlandı
Hadisə 77 baxış

Kürdəmir rayonunda kütləvi zəhərlənmə səbəbilə restoran bağlandı

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ciddi narahatlıq doğurub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Minval.info xəbər verir ki, toyda istifadə olunan qida məhsulları məclis sahibi tərəfindən restorana təqdim edilib. Agentlik nümayəndələri tərəfindən qida məhsullarından, işçilərin əllərindən, mətbəxdəki səthlərdən və avadanlıqlardan yaxma nümunələri götürülərək laboratoriyaya təhvil verilib.

Araşdırma başa çatana qədər “Günəş” restoranının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsi üçün atılıb.

Xatırladaq ki, Kürdəmir rayonunda baş verən zəhərlənmə nəticəsində 91 nəfər təsirlənib. Məsələ ilə bağlı Kürdəmir rayon prokurorluğu da öz araşdırmalarını davam etdirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: