Kriştianu Ronaldu PSJ ilə danışıq aparır

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Fransa təmsilçisi PSJ ilə danışıq aparır.
“Report” “Daily Star”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Kral klubu”nun prezidenti Florentino Pereslə aralarında yaranan narazılıq səbəbi ilə iş yerini dəyişmək istəyir.
K.Ronaldunun PSJ rəhbərliyi ilə Madriddəki otellərin birində görüşdüyü və fransa klubunun portuqaliyalı futbolçunun bütün istəklərini yerinə yetirməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, K.Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb. Portuqaliyalının illik maaşı 21 milyon avrodur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır