Konte 3 futbolçunun “Qarabağ”la oyunundan razı qalıb

“Çelsi”nin baş məşqçisi Antonio Konte bu həftə Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı matçda komandasının üç futbolçusunun oyununu xüsusi qeyd edib.
Qol.az-ın xəbərinə görə, dünən “Liverpul”la Premyer Liqanın 13-cü turunun səfər qarşılaşmasından (1:1) sonra keçirilən mətbuat konfransında o deyib: “Villian, Fabreqas və Pedro “Qarabağ”la oyunda meydanda idilər. Villian 2, Fabreqas 1 qol vurdu. Pedro da yaxşı oyun keçirdi. Bu gün mən onları qorumaq üçün ehtiyatda saxladım. Sonra isə lazımi məqamda oyuna daxil etdim ki, komandanın oyununu gücləndirsinlər. Belə də oldu”.
Qeyd edək ki, adları çəkilən futbolçular “Liverpul”la görüşdə meydana ikinci hissədə daxil olublar. 85-ci dəqiqədə isə Villian cavab qolu vuraraq hesabda geridə olan komandasını məğlubiyyətdən qurtarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır