Kamran Əliyev DYP-dən getdi
DİN Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.
Minval.İnfo-nun avtosfer.az-a istinadən xəbərinə görə, uzun illərdir mətbuatla sıx əlaqələr qurmağı bacaran polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib. Daxili işlər nazirinin əmri ilə Kamran Əliyev BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib. Bu vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. O, bir neçə ay əvvəl təqaüdə çıxdığı üçün həmin şöbədə rəis postu boş idi.
Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
