21.08.2026 - 14:23
İdman 29 baxış

Kadi Borges UEFA Konfrans Liqasında tarix yazdı

Kadi Borges UEFA Konfrans Liqasında Azərbaycan klublarının ən yaxşı bombardiri olaraq rekorda imza atıb. “Qarabağ”ın futbolçusu, braziliyalı yarımmüdafiəçi, turnirdə 6-cı qolunu vurmaqla bu uğura nail olub.

Minval.info xəbər verir ki, Kadi Borges turnirin pley-off mərhələsində “Tvente” ilə Niderlandda keçirilən görüşdə (1:0) fərqlənib. Bununla da o, “Qarabağ”ın heyətində UEFA Konfrans Liqasında keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Həmin vaxt yarımmüdafiəçi Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın “Aberdin” (3:1) komandalarına 1, qrup mərhələsində Kipr “Omoniya”sına (4:1) 2, pley-offda isə Fransanın “Marsel” (1:3) klubuna 1 qol vurub.

Bundan əvvəl Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 futbolçu şərik idi. Kadidən başqa, Coy-Lens Mikels “Sabah”ın, Rafael Utziq isə “Qəbələ” və “Zirə”nin heyətində 5 qol vurublar. Qeyd edək ki, Kadi Borges “Qarabağ”ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: