Kabel oğurluğundan futbol meydançalarına qayıdan azərbaycanlı
Kabel oğurluğunda təqsirləndirilərək həbs edilmiş Nicat Muxtarov futbola qayıdıb.
Minval.info saytı oxu.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi özünə yeni klub tapıb.
“Sumqayıt”dan ayrılan gənc oyunçu I divizionda mübarizə aparan “Zaqatala” klubunda çıxış edir. Nicat Muxtarovun adı əyalət klubunun Peşəkar Futbol Liqasına verdiyi sifariş ərizəsində də yer alıb.
Xatırladaq ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. Lakin oktyabrda o, girov qarşılığında sərbəst buraxılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək