Jurnalistin evində oğurluq: “Anamın əməliyyatı üçün yığdığım pulları və…” - FOTO
Tanınmış jurnalist Ağanisə Sultanovanın ailəsinin evində oğurluq hadisəsi baş verib.
Hadisə yanvarın 30-da axşam saatlarında olub.
Evdən jurnalistə məxsus pul və qızıl əşyaları oğurlanıb. Bu barədə A. Sultanova Facebook hesabında bildirib.
“Bu gün saat 8-ə işləyəndə evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi. Poilslər gələndən sonra qapı açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət əşyası taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi.
Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyatərindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Məni bütün maddi ziyanlardan çox hər dəfə aldığım mənəvi zərbələr ağırıdır”.
Qeyd edək ki, uzun müddət “Xalq” qəzetində çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib. Ona 2013-cü ildə prezident İlham Əliyev tərəfindən jurnalistlərin binasından ev verilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
