İtkin düşmüş alpinistlərin meyitləri tapılıb - YENİLƏNİB
Qubada itkin düşmüş alpinistlərin üçünün də meyiti tapılıb.
Bu barədə minval.info-ya FHN-dən məlumat verilib.
19:00
Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.
FHN-dən minval.info-ya verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İki nazir müavini DTX-ya çağırılıb - Həbslər gözlənilir
Qış rejiminə keçdik, istilik enerji təchizatında durum...
“Mədəniyyət nazirini həmişə “güllələmişəm”” - Allahverdi Yolçuyev
Aqil Abbas Bakıdakı partlayış barədə: “Bu, Allahın faciəsidir...”
Baku TV karantin qaydalarını pozan Mələk Heydərovanı işdən uzaqlaşdırdı
Son dəqiqə! - Müdafiə Nazirliyi sərhəddən məlumat yaydı