İstilik mövsümünə hazırlıq: Azəristiliktəchizatdan vacib çağırış!
Azəristiliktəchizat ASC, 2026–2027-ci il istilik mövsümünə hazırlıq məqsədilə vətəndaşlara mühüm xəbərdarlıq edib. Qurum, istilik təchizatı sistemlərinin müntəzəm yoxlanılması üçün sınaq suyu verildiyini və texniki vəziyyətin qiymətləndirildiyini açıqlayıb.
Minval.info xəbər verir ki, Azəristiliktəchizat, sakinlərdən mənzillərində istilik sistemləri ilə bağlı təmir və quraşdırma işlərini tez bir zamanda tamamlamalarını istəyir. Radiatorlar, boru xətləri və digər istilik avadanlıqlarının tam hazır vəziyyətdə olması vacibdir.
Bu hazırlıq işlərinin vaxtında görülməsi, istilik mövsümü ərzində sistemin təhlükəsiz və fasiləsiz işləməsini təmin edəcək, həmçinin potensial qəza risklərinin qarşısını alacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu
ABŞ-da ölüm cəzasına məhkum Krista Payk uğursuz edamdan sonra sağ qalıb
Xəzərdəki faciə ilə bağlı Qazaxıstanda sabiq komandan həbs edildi
İstanbulda məktəb bıçaqlanması: bir şagird həlak olub, səkkiz yaralı
Təyyarədə terror cəhdi edən pilotun qarşılaşacağı cəza açıqlandı
Azərbaycanlıların olduğu gəmiyə hücumun detalları açıqlanıb