İşdən çıxarılan icra başçısı həbs edilir - Yeyinti var
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 6 iyun 2018-ci il tarixində prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Minval.info xəbər verir ki, Yenicag.az-ın hazırda Ağdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.
Məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. İcra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.
Araşdırmalara görə, keçmiş icra başçısı hər il vəzifədə şəxsləri saxlamaq üçün rüşvət tələb edib.
Hazırda icra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.
Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsidir.
Mənbə iddia edir ki, Raqub Məmmədovun həbs edilməsi də gündəmdədir.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, telefonlara cavab verən olmadı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Jurnalistlərin İrpenə girişi qadağan edildi
Prezident göstəriş verdi: “Diqlas”da malı yanan sahibkarlara pul ödəniləcək
Rasim Məmmədov Əvəz Zeynallıdan rəsmən şikayətçi oldu
Bakıda institutda dəhşətli hadisə: özünü binadan atdı
Rus general təcili görüş üçün Azərbaycana gəldi
