27.06.2018 - 09:16
Vacib
16 baxış
"Instagram"da yeni funksiya işə salınıb
“Instagram” sosial şəbəkəsində videozəng funksiyasını həyata keçirən yenilənmə baş verib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Instagram”ın rəsmi saytında məlumat yayılıb.
“İndi siz “Instagram Direct”də bir nəfərlə, yaxud bir qrup insanla videoçat qura bilərsiniz. Sizin dostlarınız artıq “Instagram”dadır, iOS və Android vasitəsilə onlarla asan yolla əlaqə saxlaya bilərsiniz”, – deyə məlumatda bildirilir.
Qeyd edilir ki, videoçat vasitəsilə eyni vaxtda, heç bir məhdudiyyət olmadan 4 nəfərlə əlaqə saxlamaq mümkündür. “Siz videoçata nə qədər istəsəniz, dostunuzu gətirə bilərsiniz”, – deyə məlumata əlavə edilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05