30.07.2026 - 19:55
İdman 14 baxış

İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak ediblər.

Minval.info xəbər verir ki, tədbirdən əvvəl “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub haqqında videoçarx təqdim olunub.

Qolf Klub, İssık-Kul gölünün sahilində yerləşən “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisindədir. Bu kompleksin ümumi sahəsi 120 hektardır ki, bunun 103 hektarı Qolf Klubun istifadəsinə verilib. Layihənin həyata keçirilməsi yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını artırmaqda mühüm rol oynayacaq. Burada ilin 10 ayında qolf oynamaq üçün meydança fəaliyyət göstərəcək. Eyni zamanda, zəruri infrastrukturla təmin edilmiş Qolf Klubda 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi planlaşdırılır.

“Issyk-Kul Golf Resort” kompleksində turizm, idman, sağlamlıq və əyləncə meyarları bir araya gəlir. Burada Qolf Klubla yanaşı, bir neçə dörd və beşulduzlu otel, restoranlar və çimərlik sahələri də fəaliyyət göstərəcək. Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb. Daha sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib. Dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzərək, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: