24.05.2018 - 21:31
Vacib 3 baxış

İftardan sonra bunu çox etməyin - İnfarkt riskini artırır

Ramazan ayında oruc tutan siqaret çəkənlərin bir çoxu iftardan sonra dərhal bir neçə siqaretçəkir.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, oruc tutan zaman gün ərzində orqanizmdə nikotin əskikliyi olur və buna görə də iftardan sonra siqaretə “hücum” edirlər.

Eyni vəziyyət imsaka qədər davam etdiyində, yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: