14.05.2018 - 12:16
Vacib
19 baxış
İcra hakimiyyətindən Petek Dinçözlə bağlı açıqlama: "Gündəmə gəlmək üçün bu məlumatı yayır"
Xəbər verdiyimiz kimi, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi hədiyyə edib. Bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Bu gülməli xəbərdir. Tamamilə yalandır. Torpağın mülkiyyətçisi bələdiyyə olduğu üçün icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır. Görünür türkiyəli müğənni gündəmə gəlmək üçün bu cür məlumat yayıb. Tam əminlikdə deyə bilərəm ki, sözügedən məlumat həqiqəti əks etdirmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05