Hörmüz boğazında ekoloji kabus: Neft sızıntısı trilyonlarla ziyan vurur
Hörmüz boğazında baş verən gəmiyə hücum nəticəsində yaranan neft çirklənməsi İranın Qəşm adasının sahillərinə qədər yayılıb. Bu hadisə, regionda ciddi ekoloji fəlakətə səbəb olub.
Minval.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai, “X” sosial şəbəkəsində bu barədə açıqlama verib. O, Fars və Oman körfəzlərində baş verən neft sızmalarının trilyon dollarlarla ölçülən ziyan vurduğunu bildirib.
Bəqai, bu insidentin Fars körfəzi və Oman dənizinin sularını, eləcə də regionun dəniz ekosistemini ciddi şəkildə pisləşdirdiyini və İranın sahilyanı ərazilərinə böyük ziyan vurduğunu qeyd edib. O, Hörmüz boğazında beynəlxalq dəniz daşımalarının iştirakçılarının ətraf mühitə dəyən ziyanın qarşısının alınması və aradan qaldırılması üçün hüquqi və mənəvi məsuliyyət daşıdıqlarını vurğulayıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Xatırladaq ki, bu ekoloji fəlakət avqustun 3-də Oman körfəzində gəmiyə vurulan zərbə nəticəsində baş verib. Həmin vaxtdan bəri “Minoan Pioneer” tankerindən sızan yanacaq geniş əraziyə yayılmağa davam edir.
Bundan əvvəl isə Omanın cənub sahillərində Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Caroline Bezengi” tankeri partlayışlardan sonra qorunan dəniz zonasında qayalıqlara çırpılıb və artıq bir neçə həftədir ki, Əl-Kibliya adası yaxınlığında neft sızdırmağa davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı