Hamilə bloger ağaca bağlanaraq yandırıldı
Hindistanın Pəncab əyalətində 28 yaşlı sosial media fenomeni Manjeet Kaurun dəhşətli ölümü ilə nəticələnən hadisə baş verib. İyulun 3-də gecə saatlarında baş verən bu hadisədə Kaur iki tanışı tərəfindən qaçırılaraq ağır işgəncələrə məruz qalıb.
Minval.info xəbər verir ki, Kaur Çandiqarxdakı bir əraziyə görüşmək üçün çağırılıb və zorla avtomobilə mindirilərək Morinda yaxınlığındakı meşəlik əraziyə aparılıb. İddialara görə, burada gənc qadın döyülüb, tut ağacına bağlanıb və yandırılıb. Hadisə yerinə gələn şəxslərdən biri Kauru alovlar içərisində görərək üzərinə yorğan atıb və yanğını söndürüb.
Ağır yanıq xəsarətləri alan Kaur təxminən iki ay ərzində həyat mübarizəsi aparıb, lakin avqustun 26-da xəstəxanada vəfat edib. Tibbi ekspertizanın nəticələrinə əsasən, Kaur öldüyü zaman təxminən 7 həftəlik hamilə olub. Hadisə ilə bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı