Hacı Şahin: "Din daxilində kifayət qədər ləyaqətsiz insanlar var"
“Buna əminəm ki, din daxilində kifayət qədər ləyaqətsiz, dindən kənarda isə çox sayda ləyaqətli insanlar var”.
Minval.info xəbər verir ki, bu sözləri “Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Şahin Həsənli təəssüf hissi ilə bildirib ki, bu ləyaqətsizlər ləyaqətlilərin dinə gəliş yolunu bağlayır: “Hərdən düşünürəm ki, insanlarla din arasında ən böyük maneə elə dindarların özüdür. Unutmayaq ki, dünyada ilk dava iki dindar arasında baş verib və dindarın qatili də elə dindar olub. Praktiki müstəvidə də kifayət qədər nöqsanlarımız var (dini cameəni nəzərdə tutur – red.). İstəsək də, istəməsək də, din bizim davranışımızla tanınır. Bəyənmədiyimiz Qərb mədəniyyətinin təsirinə düşənlərin çoxu nəzəri bəhslərdən təsirlənməyib, onların təqdim etdiyi modelin cazibəsinə düşüblər. Nəzəriyyədə biz onları üstələyə bilərik, amma müasir insan bir çox hallarda bizim danışdığımızı dinləmir, bu bəhslər ona yorucu görünür. Alternativ yaşam modeli təqdim etməkdən başqa yol yoxdur”.
İlahiyyatçının sözlərinə görə, hamıya kin-küdurət bəsləyən, elementar ünsiyyət mədəniyyətinə malik olmayan dindar stereotipi din qarşısında həmişə sədd olub, olacaq da: “Dinə xidmətin ən önəmli şərti geniş qəlb və ürək yanğısıdır, intellekt və bəsirətdir. Nümunələr təqdim etmək zamanıdır. Dini səmimi yaşayan, insanlara sevinc bəxş edən, qəlbində onların qəmini daşıyan bir dindarın varlığı, din haqqında saatlarla bəhs etməkdən daha effektivdir. İnsanlar nəzəriyyə yox, nümunə axtarışındadır”.
S.M
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı