Hacı Kərimov dünya çempionatında finalda!
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın yeddinci günündə həlledici mərhələyə vəsiqə qazanıb.
Minval.info xəbər verir ki, Hacı Kərimov debütdə hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). Çempionluq görüşündə isə iranlı Sina Mehdi Xəlili ilə qarşılaşacaq.
Digər təmsilçilərdən Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya 11:1, hindistanlı Ronak Ronaka 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Lakin finalın bir addımlığında amerikalı Dreshaun Rossa uduzan (1:4) güləşçi bürünc medal uğrunda mübarizə aparacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub. Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə vaxtından əvvəl sıradan çıxarsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzub (8:19).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq