“Hər şey bir qırağa, kişiyik...”
Futzal üzrə milli komandamız Avropa çempionatının 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qarşılaşma barədə yığmamızın qapıçısı Rövşən Hüseynli sosial şəbəkə hesabında paylaşım edib.
Avropanın ən yaxşı qapıçılarından biri olan 26 yaşlı futzalçı bunları qeyd edib: “Öncə bu günə qədər bizi dəstəkləyən, uduzsaq bələ, yanımızda olan hər kəsə təşəkkür! Oyun haqqında heç nə deməyəcəm. Hər şey göz qabağında oldu və unutmayaq ki, bu, futzaldır. Olmamalı idi, amma hesabda geridə olduğun vaxt risk etməlisən. Etdik və alınmadı. Hər şey bir qırağa, kişiyik, tənqid etmək olar, normaldır. Hər bir insanın öz düşüncəsi var. Amma təhqir etmək… O artıq təhqir edənin nakişiliyidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək