Gürcüstan-Azərbaycan yük qatarında həyəcanlı anlar: Tüstülənmə hadisəsi necə baş verdi?
Bu gün səhər saatlarında Gürcüstandan Bakıya doğru hərəkət edən yük qatarının Şəmkir stansiyasında tüstülənmə hadisəsi baş verib. Qatarın bir vaqonunda müşahidə olunan tüstülənmə dərhal diqqətə alınıb.
Minval.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Tüstülənmə qısa müddətdə aradan qaldırılıb və digər vaqonlar təhlükəsiz vəziyyətə gətirilib.
Hadisənin səbəbi kimi 35 vaqondan ibarət olan qatarın 15-ci vaqonunda kükürd tozunun tüstülənməsi göstərilir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
ƏLAQƏLİ
Nardaranda uşağın su nasosunda qalan ayağı: Xilasedicilər əməliyyatda
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nardaranda uşağın su nasosunda qalan ayağı: Xilasedicilər əməliyyatda
Mərkəzi asiyada 4 ölkəni qaraldan qəza: Elektrik enerjisi niyə kəsildi?
Hörmüzdə gərgin anlar: BƏƏ tankerlərinə hücum və i̇ran ittihamı!