Güney Afrikada iki qanlı hücum: 27 ölü, 26 yaralı
Güney Afrika Respublikasının Yohannesburq şəhərinin cənub-qərbindəki Wedela qəsəbəsindəki bir barda AK-47 piyadə tüfəkləri və tapançalarla həyata keçirilən hücumda ilkin məlumatlara görə 17 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
8 nəfərlik bir qrup tərəfindən həyata keçirilən qanlı hücumda ölənlərin 13-nün kişi, 4-nün isə qadın olduğu bildirilib. Minval.info xəbər verir ki, polis açıqlamasında 17 nəfərin hamısının hadisə yerində həyatını itirdiyi qeyd edilib. Hücumçuların, bardakı bəzi müştərilərin üzərini axtararaq mobil telefonlarını aldıqları və nömrəsi bilinməyən iki ayrı avtomobillə hadisə yerindən qaçdıqları bildirilib.
Hələ səbəbi məlum olmayan bu hücumdan sonra Güney Afrika polisi təqsirləndirilən şəxsləri yaxalamaq üçün işlərə başlayıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Digər hücumda 10 ölü, 11 yaralı
Paytaxt Keyptaunun yaxınlığındakı Lwandle bölgəsində baş verən ikinci hücumda isə silahlı şəxslərin müştərilərə atəş açaraq 10 nəfəri öldürdüyü, 11 nəfəri isə yaraladığı bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı