Gündüz Abbaszadə futbolçularımız haqda: "Ronaldoyla Araz Abdullayev..." - Video
“Araz Abdullayevə həmkarımız sual vermişdi ki, “Çingiz Abdullayevi tanıyırsınız?” cavabında “hə, yaxşı şairdir” söyləmişdi”.
“Bütün dünya praktikasında ən yaxşı şərhçilər keçmiş futbolçulardır. Amma Azərbaycan bu, yoxdur, yetişmir. Bir-iki istisnalar var, o da ümumi qaydanı pozmur”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Minval.info xəbər verir ki, bu sözləri futbol şərhçisi Gündüz Abbaszadə “Dik daban” verilişində dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda elə bir futbolçu yoxdur ki, onu karyerasını bitirdikdən sonra rahatlıqla televiziyaya dəvət edib müqavilə bağlayasan: “Üç cümləni qoşub danışa bilmirlər. Məndən inciməsinlər, çünki bizdə futbolçular çox savadsızdırlar. Əlbəttə, qaydaları çox yaxşı bilirlər, amma bunu ifadə edib tamaşaçıya çatdırmağı bacarmırlar. Mən “Neftçi”də işlədiyim dövrdə, çilili bir futbolçu vardı. Komandaya yeni gəlmişdi, biz Avstriyaya təlim-məşq toplanışına gedirdik. Baxdım, Nikolas Kanales əlində Umborto Eko oxuyur. Çox təəccübləndim. Azərbaycanlı futbolçular isə təyyarə enməyə başlayanda, pəncərədən boylanıb maşın axtarırlar. İstisnalar da var, məsələn, “Səbail”in qapıçısı Emil Balayev 4 dil bilir”.
Gündüz Abbaszadə bildirib ki, ümumiyyətlə, mütaliəsi və dünyagörüşü ola futbolçu meydanda da dərhal seçilir.
“Deyək ki, Azərbaycanın ən sayılıb-seçilən futbolçularından biri Araz Abdullayevdir. Onu Kriştiano Ronakdoyla bir tərəziyə qoyaq. Sırf dünyagörüşü baxımıdan. Onları ümumiyyətlə, tərəziyə qoymaq düzgün deyil. A.Abdullayevə həmkarımız sual vermişdi ki, “Çingiz Abdullayevi tanıyırsınız?” cavabında “hə, yaxşı şairdir” söyləmişdi. Bu sözü deyən Araz Abdullayevə necə güvənə bilərəm ki, sabah gəlib efirdə futbolu izah və ya şərh edəcək”.
S.Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
