“Google maps”də Azərbaycana qarşı təxribat – Video
Dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps” Azərbaycan ərazilərini şübhə altına alan addımlar atmaqda davam edir.
Sözügedən platformada işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir.
Xarici İşlər Nazirliyi isə bu məsələdə vətəndaşları fəal olmağa çağırır.Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.
Bu qanunsuzluğa “Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı addım artıq bir neçə dəfədir ki təkrarlanır.
Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb.
Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər…
Hikmət Haciyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib.
O, məsələ ilə bağlı diaspora təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib.
https://youtu.be/V-EcbZs-fnE
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Xəzər TV
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ