22.06.2018 - 09:54
Vacib 3 baxış

"Gənclik Mall" qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı

Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, Gənclik Mall-un qarşısında gündəlik müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün isə Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır.

Onun sözlərinə görə, ümumilikdə paytaxt yollarında 166 məntəqədə avtobus dayanacaq cibləri və piyada səkiləri inşa ediləcək, dayanacaq pavilyonları quraşdırılacaq və məntəqələr təşkil ediləcək.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: