Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub - YENİLƏNİB

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
Minval.İnfo xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
Musavat.com -un Gəncədəki qaynaqları isə iddia edirlər ki, Azərbaycanın ən güclü icra başçılarından olan Elmar Vəliyevin özü də yaralıdır və hazırda Gəncədə, xəstəxanada müalicə alır.
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Bəzi iddialara görə isə, onun yaralı olan mühafizəçisi keçinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ