Gədəbəydə qəzada yaralananların son durumu açıqlandı
Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Hadisə zamanı xəsarət alan beş kişi avqustun 28-də saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Minval.info xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilib. Daha ixtisaslı müayinəyə ehtiyac yarandığından onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, müalicə və müayinələrdən sonra dörd nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Hazırda yaralılardan birinin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir və onun vəziyyəti orta ağır qiymətləndirilir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı