31.08.2026 - 16:32
Hadisə 14 baxış

Füzulidə qəzada ANAMA əməkdaşı həlak oldu

Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı həyatını itirib. 1999-cu il təvəllüdlü Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışırdı.

Minval.info xəbər verir ki, hadisə Füzuli rayonunun Molla Məhərrəmli kəndi ərazisində baş verib. Sahil Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü hadisə yerində dünyasını dəyişib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: