Füzulidəki faciəvi qəzaya cəza artırıldı
Füzuli rayonunda baş verən və üç nəfərin həyatını itirdiyi ağır yol qəzası ilə bağlı məhkəmə işində yeni qərar qəbul edilib. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə yenidən baxaraq, təqsirləndirilən şəxsə verilmiş 5 il 6 aylıq azadlıqdan məhrumetmə cəzasını 8 ilə qədər artırıb.
Minval.info xəbər verir ki, avqustun 18-də keçirilən məhkəmə iclasında hakim Cavid Sultanovun sədrliyi ilə birinci instansiya məhkəməsinin hökmünə dəyişiklik edilib. Qəza zamanı həyatını itirən Elçin Süleymanovun atası, Qarabağ qazisi Tahir Süleymanov, apellyasiya məhkəməsinin qərarından sonra Məhkəmə-Hüquq Şurasına təşəkkür məktubu ünvanlayıb.
Tahir Süleymanov, üç gəncin faciəli ölümündən sonra ailələrin əsas gözləntisinin hadisəyə obyektiv hüquqi qiymət verilməsi və ədalətin bərqərar olması olduğunu bildirib. O, məhkəmənin mövqeyinin ailəsi üçün mənəvi təsəlli olduğunu vurğulayıb və hakim Cavid Sultanovun obyektiv yanaşmasına görə təşəkkür edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi 24 iyun 2025-ci ildə Füzuli rayonunun Qayıdış-6 qəsəbəsi ilə Qayıdış-5 qəsəbəsi arasındakı yolda baş verib. Qəza nəticəsində Elçin Süleymanov, Ceyhun və Nicat Qurbanov qardaşları həyatını itirib. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsi 30 aprel 2026-cı ildə hökm çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı