FHN Qubadakı qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Qubada oteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb:
“İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının SCADA şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.
Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır”, – məlumatda bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ