Fazil Məmmədovun yaxın adamı həbs edilə bilər — Futbol klubunun direktoru (Foto)
“Şəmkir” futbol klubunun direktoru barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
“Ölkə.Az”ın məlumatına görə, Elmixan Mehdiyev adlı şəxs Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, 2016-cı ilin sentyabr ayında “Şəmkir” futbol klubunun direktoru Elvin Murğuz oğlu Səfərli ondan dələduzluq yolu ilə 166 min manat pulunu alıb. Polis İdarəsində daxil olmuş ərizə araşdırılıb və cinayət işinin başlanması üçün aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilib. Artıq Nəsimi RPİ-də faktla bağlı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əgər E. Mehdiyevin Elvin Səfərli ilə bağlı şikayəti sübut olunarsa o zaman klubun direktoru həbs oluna bilər.
Qeyd edək ki, “Şəmkir”in prezidenti Elvin Səfərlinin son vaxtlar maliyyə sıxıntıları yaranıb və hətta futbolçuların maaşlarını da verməyib. E. Səfərli həmçinin Gəncə Beynəlxalq Xəstəxanasına sponsorluqdan imtina edib. Gəncə Beynəlxalq Xəstəxanasının keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.
Yəni E. Səfərli Fazil Məmmədovun yaxın adamı kimi tanınıb.
Maraqlıdı ki, gənc klub rəhbəri artıq şəxsi “Facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını götürüb.
Belə məlumatlar da dolaşır ki, E. Səfərli özünə məxsus bəzi obyektləri, karxana və restoranları satışa çıxardıb. Üstəlik, bu ildən baza olaraq istifadə etmək üçün komandanın ixtiyarına verdiyi məkanı da geri alıb və başqalarına borc əvəzi verib.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb - VİDEO
Dövlət Xidmətinin iki şöbə rəisi işdən çıxarıldı
Röya necə peyvənd olunub? - Klinika işçisi imiş
“Özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir” - Prezident
Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı? - VİDEO
Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
Ramiz Mehdiyev İdarəçilik Akademiyasındakı vəzifəsindən azad edildi