29.01.2018 - 10:39
Vacib
19 baxış
Fazil Məmmədov əmlakını satışa çıxardı – Dəyər-dəyməzə...
Sabiq Vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.BakuPost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili sürətdə azaltmaq istəməsidir.
F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikənsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Satışa da məhz həmin avtomobillər çıxarılıb. Bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Discovery” maşını satılıb. Məmmədov doğulduğu rayona gedəndə 2011-ci il istehsalı olan ful kompilektasiyalı həmin maşını idarə edirmiş. Avtomobilin 65 000 manata satıldığı bildirilir.
Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.
Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.
Xatırladaq ki, F.Məmmədov işdən azad olunandan sonra, mətbuatda Vergilər Nazirliyində korrupsiya halların aşkarlanması, buna görə də keçmiş nazirin istintaqa cəlb edilmək ehtimalı barədə xəbərlər yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05