Fatih Terimin ilk transfer edəcəyi futbolçu bəlli oldu
Türkiyənin “Galatasaray” futbol komandası 21-ci çempionluğunu qazandıqdan sonra Çempionlar Liqasına yollanır.
Minval.info məlumat verir ki, qalibiyyətdən sonra mətbuat konfransında baş məşqçi Fatih Terim “Bir xəyalım daha var” deyərək “Real Madrid” matçından danışıb: “Hər kəsin istədiyi Real Madrid matçıdı. Dadı damağımızda qalıb. O qəbildən bir mübarizəni yenidən aparmaq istəyirik”.
“İmperator” ləqəbli Terim yeni transferlərdən də danışıb. Onun sözlərinə görə komandanı UEFA standartlarına uyğun hala gətirmək üçün çalışmaq lazımdır.
İmperator Denayerin 1 il daha kirayə götürülməsini, Donkun müqaviləsinin uzadılmasını istəyir. Həmçinin, hazırda “Stok Siti”-yə 16 milyon avroya satılan Badou Ndiayenin “Galatasaray”-a gəlməsinə müsbət yanaşır. Adıçəkilən komanda da Terimin bir digər sevimlisi də forma geyinir: Xherdan Shaqiri. Fatih Terim özünün 3-cü mövsümündə Shaqirini komandaya gətirmək üçün çalışmışdı.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!