Fatih Terim yenidən “Qalatasaray”da

İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran “Qalatasaray”ın siyahısında Fatih Terimin də olduğu haqqında xəbər vermişdik.
Apasport.az saytının məlumatına görə, hətta idarə heyəti üzvləri arasında mübahisələrə səbəb olan təcrübəli mütəxəssis maraqlı mesajla diqqət mərkəzinə gəlib.
Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək “Harda qalmışdıq, “Qalatasaray”? yazıb. Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib. Onun bu həftə “Göztəpə” ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.
Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək