Fatih Terim intihar etmək istəyən futbolçuya təklif yollayıb

“Qalatasaray” keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb.
Apasport.az saytının məlumatına görə, Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.
Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini itirmişdi.
Qeyd edək ki, o, “Arsenal”dan ayrıldıqdan sonra 3 mövsüm “Qalatasaray”da çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək