Fərdi yaşayış evinin çardağı çöküb — Xəsarət alan var +FOTO
Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.Minval.İnfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mival.İnfo APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsi 17/d ünvanında fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Rövşən Ramiz oğlu dağıntılar altında qalaraq ağır xəsarətlər alıb. Dam örtüyünün uçmasına səbəb aparılan təmir işləri səbəb olub. Nəticədə dağıntılar altında köməksiz vəziyyətdə qalan R.Əliyevi hadisə yerinə cəlb olunmuş FHN Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılıb. Yaralı təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralının vəziyyəti orta-ağır stabildir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib