Fəhlə faciəvi şəkildə həyatını itirdi
Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Minval.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.
Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib