Fədayə Laçından bəd xəbər...
Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.
Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda gənclər turizm sahəsində işlə təmin olunacaq
Ordumuzun Qarabağda istifadə etdiyi “Aypara” strategiyasının sirri nədir?
Azərbaycanda karantin qaydaları sərtləşdirilməyəcək
Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü
Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar
Bədəndə çox sayda xal olması nəyin əlamətidir - Diqqət
Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir - O da qətldə ittiham olunur