Ermənistanın Avrasiya İttifaqından çıxması müzakirə olunacaq

Noyabrın 29-da Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması barədə bəyanat layihəsi səsə qoyulub. Novator.az-ın məlumatına görə, komissiya sənədə mənfi rəy verib. Amma cəmi bir deputatın səsini qazanan bəyanat layihəsi plenar iclasın müzakirəsinə çıxarılacaq.
Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.
Müxalif “Çıxış” blokunun hazırladığı bəyanat layihəsində qeyd olunur ki, Avrasiya İqtisadi İttifaqına üzv olduğu 3 il ərzində Ermənistanın ümumi daxili məhsulu dollar ekvivalentində 8% azalıb, əhalinin məşğulluq səviyyəsi 13% düşüb, beynəlxalq ehtiyatların 40%-i əriyib, dövlət borcu 10% artıb.
Layihədə investisiyaların həcmində də azalma olduğu vurğulanır, həmçinin qeyd edilir ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanda 900 adda malın bahalaşmasına yol açır.
“Çıxış” Ermənistan parlamentində 9 mandatla təmsil olunur. Bloka Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ