29.08.2026 - 21:08
İdman 23 baxış

Enzo Fernandes "Mançester Siti" ilə razılaşdı

Çelsi klubunun ulduz futbolçusu Enzo Fernandes, Mançester Siti ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Minval.info xəbər verir ki, bu barədə məşhur idman insayderi Fabritsio Romano məlumat yayıb. Hazırda Argentina millisinin aparıcı yarımmüdafiəçisinin taleyi hər iki klubun rəhbərliyinin qəbul edəcəyi ortaq qərardan asılıdır. Hələlik Mançester Siti London klubuna rəsmi təklif göndərməyib, lakin danışıqların yaxın zamanda başlayacağı gözlənilir. Xatırladaq ki, Enzo Fernandes 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olmuş və 2023-cü ildən Çelsi klubunda çıxış edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: