Düzgün bişirilməyən balıqdan insana keçən qurdlar - Uzanıb 10 metrə çatırlar
Dünyada, xüsusən Rusiyada 2017-ci ildə balıqlarda tapılan canlı parazitar qurdların rast gəlinmə faizi 1,5 faiz artıb. Balıqlarda ən çox rast gəlinən helmintozlar – opistorxoz, klonorxoz, difillobotrioz, anizakidozdur.
İnsan balıq və balıq məhsulu düzgün termiki və kulinar işlənmədən keçmədikdə onda olan parazitlərlə yoluxa bilər.
Balıq yaxşı bişirilməyibsə, qızardılmayıbsa, marinadı düzfün olmayıbsa, bişməsində düzgün vaxt seçilməyibsə, düzgün saxlanmayıbsa , o zaman balıqdan parazitə yoluxacağınıza hazır olun.
Opistorxoz qurdunun uzunluğu 2 sm-dir, yastıdır. MDB ölkələrində çox yayılıb. Karp balıqları və çiy balıq məhsulu yedikdə insana keçir.
2017-ci ildə 18 775 insanda bu helmintə yoluxma aşkar olunub. Orqanizmə düşdükdən sonra qurd öd axarları, öd kisəsi və mədəaltı vəzə keçir. Xəstəlik özünü 15 gün sonra biruzə verə bilər.
Əsas əlamətləri: tərləmə, hərarət, əzginlik, titrətmə, qarında ağrı, kolik, diareya, astmatik bronxit.
Çox vaxt pankreatit, diskineziya, xolesistit ilə kəskinləşir. Bu qurd insan bədənində uzun illər yaşaya bilir. Məhz bu qurd qaraciyərin nadir xərçənginə səbəb ola bilər.
Balıqdan orqanizmə keçən qurdların düzgün diaqnoz yolu nəcis analizi və nəcisdə qurdun yumurta və sürvələrinin aşkar olunmasıdır. Bu isə yoluxmadan 4-5 həftə sonra mümkündür.
Ümumiyyətlə, balıqdan keçən qurdlar insan orqanizmində 10 illərlə yaşayıb, çoxala bilər və çoxsaylı öd, mədə-bağırsaq, qaraciyər xəstəliklərinin səbəbi ola bilər. Difillobotrioz adlı qurd isə böyüyüb, uzunluğu 10 metrə kimi çata bilər.(medicina.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı
24 yaşlı oğlan 47 yaşlı qadına elçi çıxdı - VİDEO - FOTO
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR
“Get, repini denən” – Nadirdən Miri Yusifə sərt cavab
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir