Düşmənin texnikalarını məhv edən, zabitlərini girov götürən Ülfət Kərimov unudulub - VİDEO
Yüzlərlə erməni əsgərini məhv edib, əsir götürən, canlı texnikasını belə ələ keçirən Kəlbəcərli kəşfiyyatçı, vətən uğurunda şəhidlik zirvəsinə yüksələn Ülfət Kərimova milli qəhramanlıq statusu hələ də verilmir.
Vaxtilə Azad Azərbaycan Televiziyasının əməkdaşı olan telejurnalist Aqil Uluxanlı Kəlbəcərli kəşfiyyatçı ilə bağlı geniş araşdırma aparıb. Araşdırma zamanı cəsur igidə, indiyə kimi milli qəhramanlıq statusu hələ də verilmədiyi bəlli olub.
Belə ki, döyüş yoldaşları arasında tək canavar, “Mixaylo” kimi tanınan kəşfiyyatçı barəsində komandir zabit heyəti Müdafiə Nazirliyinə təqdimat göndərib. Məsələyə baxan nazirlik öz növbəsində təltif üçün sənədləri müvafiq quruma yönəlib, lakin indiyə kimi Ülfətə milli qəhramanlıq statusu verilməyib.
O, yalnız “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılıb. Ülfət texnikalar məhv etməklə yanaşı, həmçinin zabit kadrları da əsir götürüb.
Qeyd edək ki, Ülfət Kərimov kəlbəcərli saz-söz ustadı Dədə Şəmşirin məzarının yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub.
Minval.info
https://www.youtube.com/watch?v=dB_IqO6p8jw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
190 manat verilməyən 20 minə yaxın şəxsə iş təklif edilib - Qəbul etməyiblər
Ermənilər hərbi hissələrinin şəxsi heyətini Xankəndidən təxliyə edir
Əli Həsənov: “Qəza törədən şəxsin mənə və ailəmə aidiyyatı yoxdu”
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Azərbaycanda iki beynəlxalq foto müsabiqəsi keçirilir
SMS icazənin müddəti artırıldı