15.01.2018 - 08:14
Foto
28 baxış
Düşmən yaşayış evlərini atəşə tutdu – FOTOLAR
Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.
Minval.info-nun məlumatına görə, Report-un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mirəşelli kəndi məruz qalıb.
Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.
Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər, kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.
Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitlikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
12.10.2026 - 14:54
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
12.10.2026 - 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
12.10.2026 - 13:14
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
12.10.2026 - 11:14
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
12.10.2026 - 10:34




